İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanı tərk edən rusların sayı daxil olanlardan çoxdur

552 22.01.2024 15:20 Dünya A A

2023-cü ildə Gürcüstanı tərk edən rusların sayı Gürcüstana daxil olanlardan çox olub.

Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi respublikanın Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

Statistikaya görə, ötən il ruslar Gürcüstana 1 856 237 dəfə daxil olub, 1 887 223 dəfə çıxıblar.

Daxili İşlər Nazirliyi onu da qeyd edib ki, 2023-cü ilin dördüncü rübündə ölkənin sərhəd keçidlərinin sayına görə birinci yeri Türkiyə vətəndaşları, ikinci yeri isə Rusiya vətəndaşları tutub.

O da məlum olub ki, 2024-cü ilin yanvar ayında rusiyalıların Abxaziyada yaşayış üçün sifarişlərinin sayı 2023-cü ilin yanvarı ilə müqayisədə iki dəfə artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR