İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda təhlükəsizliklə bağlı QƏRAR VERİLDİ - Mayın 13-dən...

2388 12.05.2024 19:14 Son xəbər A A

“Xarici agentlər” haqqında qanuna görə Gürcüstan parlamentinin binası ətrafında sarı təhlükəsizlik səviyyəsi tətbiq olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci Kanalı” parlamentin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstan parlamenti sədrinin sərəncamına əsasən, bu il mayın 13-dən ləğv edilənədək parlament binası sarı təhlükəsizlik səviyyəsində fəaliyyət göstərəcək, ziyarətçilərin girişi məhdudlaşdırılacaq.

"Parlament tədbirləri başa çatana qədər hər bir yayımçıdan ikidən artıq akkreditə olunmuş media qrupunun binaya buraxılmasına icazə verilməyəcək. Bu tədbirin məqsədi Gürcüstan parlamentində təhlükəsiz və iş mühitini təmin etməkdir", - məlumatda deyilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR