İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda azərbaycanlı qadını linç edənlərə HÖKM OXUNDU

781 12.01.2023 18:05 Kriminal A A

Gürcüstanda 9 ildən sonra azərbaycanlı qadına “Linç məhkəməsi” təşkil edənlərə hökm oxunub.

Konkret.az xəbər verir ki, 2014-cü ildə Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki uşaq anası Xanım Ceyranova ərinin qohumları tərəfindən xəyanətdə ittiham edilərək ictimaiyyət qarşısında cəzalandırılıb.

Onu bütün kəndi ayaqyalın gəzməyə məcbur edib, camaatın gözü qarşısında ələ salıb və daş atıblar.

Yerli hakimiyyət və polis “xalq məhkəməsinə” heç bir reaksiya verməyib, qadına dövlətdən sığınacaq da verilməyib və o, intihar edib.

Ceyranova iki gün sonra ölü tapılıb. Onun iki azyaşlı uşağı qalıb.

Üç müttəhimə beş il altı ay həbs cəzası verilib. Digər təqsirləndirilən şəxsin işinə andlılar məhkəməsi baxacaq.

Qadının əri Hacı Həsənov “linç”in təşkilatçılarından birini odlu silahla yaralayıb, özü polisə təslim olub və 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin dördüncü prezident Giorgi Marqvelaşvili tərəfindən əfv edilib.

Uzun illərdir ki, mülki sektor Xanım Ceyranovanın işinin tam araşdırılmasını və təqsirkarların həbsini tələb edir.

“Sapari” qadınların hüquqlarını müdafiə təşkilatı bir neçə ildir ki, Gürcüstan Daxili İşlər Nazirliyinə ləyaqəti alçaldan və ya qeyri-insani rəftar maddəsi ilə təhqiqat aparılmasını istəyirdi.

Nəticədə BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi işə qarışıb və cəmi 8 ildən sonra müttəhimlərə qarşı ittiham irəli sürülüb.

“Dövlət baş verənləri təhrik edən stereotiplərə və mədəni normalara müqavimət göstərməyə belə cəhd etmədi. Ləmbəli kəndinin yerli icra hakimiyyətinin nümayəndəsi Mahmud Əliyev işə əlavə edilən ifadəsində deyir ki, Xanım Ceyranova intihar edərək özünü xilas edib”, – “Sapari” şirkətinin icraçı direktoru Baya Pataraya deyir.

Ötən ilin oktyabrında Tbilisi şəhər məhkəməsi qadının uşaqlarına dövlətin 100 min lari təzminat ödəməsinə qərar verib.

“Sapari”nin vəkilləri Ceyranovanın övladları üçün 100 min lari təzminat tələb etsə də, məhkəmə hər uşağa görə 50 minin kifayət edəcəyini hesab edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR