İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Zelenski və Sandudan üzrxahlıq tələb edir - Saakaşvili ilə bağlı

932 19.01.2024 14:08 Dünya A A

Rəsmi Tbilisi Ukrayna və Moldova prezidentləri Vladimir Zelenski və Maya Sandudan Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması ilə bağlı dediklərinə görə üzrxahlıq gözləyir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə yanvarın 19-da “1-ci kanal”da ölkə parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

O, bir gün əvvəl İşgəncələrə Qarşı Avropa Komitəsinin məhkum Mixail Saakaşvilinin klinikada saxlanmasında heç bir qanun pozuntusu aşkar etmədiyini bəyan edib.

“Avropa Komitəsinin gəldiyi nəticədən biz prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvlərinin Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışdıqlarını öyrəndik. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də bu insanların üzr istəməsini gözləyirik”, - Papuaşvili bildirib.

O qeyd edib ki, Amerika reyestrindən məlum olub ki, “Saakaşviliyə işgəncələr” haqqında məqalələr, televiziya verilişləri və siyasi bəyanatlar almaq üçün lobbiçilərə milyonlarla pul xərclənib.

Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, 2007-ci ildə müxalifətin mitinqinin qanunsuz dağıdılması, “İmedi” televiziya şirkətinin talanında, habelə dövlət büdcəsinin vəsaitinin mənimsənilməsi və sərhədi qanunsuz keçməyə görə məhkum olunub. O, həmçinin bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində də qiyabi mühakimə olunub. Siyasətçi doqquz il həbs cəzası alıb.

Saakaşvili uzun sürən aclıq aksiyasına görə Tbilisi klinikalarından birində müalicə olunur. Ədliyyə naziri Rati Breqadze qeyd edib ki, həkimlər mümkün hesab etdikdə eks-dövlət başçısı yenidən həbsxanaya köçürüləcək.

20 noyabr 2023-cü ildə Saakaşvili hazırkı dövlət başçısı Salome Zurabişvilini onu əfv etməyə çağırıb. O, reabilitasiya üçün xaricə buraxılmalı olduğunu da bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR