İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan və Latviya arasında gərginlik

1748 22.07.2024 15:15 Dünya A A

“Latviya prezidenti Edqars Rinkeviçsin Gürcüstanı tənqid edən bəyanatları gürcü cəmiyyəti üçün maraqlı deyil”.

Musavat.com “Vzqlyad”-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Siyasətçinin sözlərinə görə, Rinkeviçs bir neçə ay əvvəl Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edib. Latviya lideri Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanununu da tənqid edib və Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusunu “məhdudlaşdırmağa” çağırıb.

“Belə tələblər fonunda Latviya prezidentinin hər hansı bəyanatı təəccüblü olmamalıdır”, - Kobaxidze bildirib.

Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili demişdi ki, Gürcüstanda 20 xəngəl və iki xaçapuri yemək ölkəni anlamaq üçün kifayət deyil. Onun sözlərinə görə, Qərb ölkələri qeyri-kommersiya təşkilatları arasında “mikro Gürcüstan” yaradıb və ölkənin qalan sakinlərinin fikrinə məhəl qoymayaraq, yalnız bu məhdud dairədən gələn məlumatlardan istifadə edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR