İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan və Ermənistan Baş nazirləri görüşüb

843 26.10.2023 16:21 Siyasət A A

Gürcüstanın Baş naziri İraklı Qaribaşvili Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.

Bu barədə “Sputnik“in Gürcüstan bürosu məlumat yayıb.

Tərəflər ölkələrarası münasibətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Həmçinin regionda sülhün və sabitliyin qorunmasının zəruriliyi, iqtisadiyyat və ticarət sahələrində gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Ermənistan hökumətinin rəhbəri Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək üçün Gürcüstanda bir günlük səfərdədir.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR