İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamentində dava düşdü - VİDEO

729 06.03.2023 14:26 Hadisə A A

Gürcüstan parlamentində hakim çoxluğun dəstəklədiyi "xarici agentlər haqqında" qanun layihələrinin müzakirəsi zamanı dava düşüb.

BAKU.WS xarici KİV-nə istinadən xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.

Toqquşma "Gürcü arzusu" partiyasından deputat Anri Oxanaşvili ilə müxalif deputatlar arasında baş verib.

"Aqmaşenebeli Strategiyası" partiyasının lideri Giorgi Vaşadze, "Vahid Milli Hərəkat" partiyasının sədri Levan Xabeişvili iclas zalından zorla çıxarılıblar.

Komitənin iclası ilə paralel olaraq parlament binası ətrafında da etiraz aksiyası keçirilir. Meydana toplaşan vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər "xarici agentlər haqqında" qanun layihəsinə etiraz edirlər. Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib, çoxlu sayda polis əməkdaşı cəlb olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR