İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcü Arzusu” Kobaxidzenin baş nazirliyə namizədliyini rəsmiləşdirdi

454 01.02.2024 15:13 Dünya A A

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası keçmiş sədri İrakli Kobaxidzeni rəsmən ölkənin baş naziri postuna namizəd kimi irəli sürüb.

Musavat.com xəbər verir ki, müvafiq qərar bu siyasi qüvvənin növbədənkənar qurultayında qəbul edilib. “Gürcü Arzusu”nun yeni seçilmiş rəhbəri, hökumətin keçmiş rəhbəri İrakli Qaribaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib ki, İrakli Kobaxidzenin “tam legitimliyi və baş nazirliyə namizəd olmaq mandatı” var.

Gürcüstan qanunlarına görə, hakim partiya hökumətin sədrliyinə yeni namizəd irəli sürdükdən sonra Nazirlər Kabinetini formalaşdırır və təsdiq üçün parlamentə göndərir. Yeni baş nazir və gələcək hökumətin üzvləri 150 deputatdan ən azı 76-nın dəstəyini almalıdır.

Yanvarın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili postunu tərk etdiyini açıqlayıb. O, həmçinin 2021-ci ildən Kobaxidzenin rəhbərlik etdiyi hakim partiyanın sədri vəzifəsini tutmaq təklifi aldığını bildirib. Qaribaşvili 2021-ci ilin fevralından Gürcüstan hökumətinə rəhbərlik edirdi. Bu, onun ikinci baş nazirlik müddəti idi. O, ilk dəfə 2013-2015-ci illərdə respublika hökumətinə rəhbərlik edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR