İnsanlara hürriyət, millətlərə istiqlal!

Günlərdir axtarışda olan 83 yaşlı qadın ölü tapıldı - Cinayət şübhəsi

1101 01.01.2023 20:13 Hadisə A A

Türkiyənin Amasya şəhərində 3 gündür itkin düşən 83 yaşlı qadın axtarışlar zamanı ölü tapılıb. 

Musavat.com xəbər verir ki, Fadik Biçer adlı qadın axtarış işləri nəticəsində tapıldıqdan sonra ekspertiza üçün morqa aparılıb.

Hadisə ilə əlaqədar qruplar araşdırma başladıb. Hazırda qadının qətlə yetirilib-yetirilmədiyi barədə araşdırma aparılır.

Şübhəli ölüm hadisəsi Amasyanın Taşova rayonunda baş verib. Əldə edilən məlumata görə, Fadik Biçerin rayonun Karabük kəndində yaşayan qohumları cümə günündən bəri ondan xəbər ala bilmədikdən sonra jandarmaya müraciət ediblər. Jandarma qruplarının iştirakı ilə kənddə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Kənd sakinlərinin də iştirak etdiyi axtarışlar nəticəsində yaşlı qadın adalar ərazisində ölü tapılıb.

Onun cansız bədəni müayinədən sonra xəstəxana meyitxanasına aparılıb.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR