İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli hüquq müdafiəçiləri beynəlxalq təşkilatlara müraciət etdi

513 02.12.2022 13:17 Gündəm A A

Azərbaycanlı hüquq müdafiəçiləri 2022-ci il İran etirazlarını, İrandakı Azərbaycan türklərinin üzləşdikləri insan hüquqları pozuntularını təsvir edən hesabat hazırlayıblar.

Musavat.com xəbər verir ki, türklər (Azərbaycan türkləri də adlanır) İranın ən böyük etnik-dil qrupu olaraq əsasən Zəncan, Qəzvin, Həmədan, Əlborz və Tehran vilayətləri ilə yanaşı, Türkiyə və Azərbaycan Respublikasının əhatə etdiyi Ərdəbildə, Qərbi Azərbaycanda və Şərqi Azərbaycanda yaşayırlar.

İran hökuməti heç vaxt ölkənin etnik və dil qrupları üzrə rəsmi demoqrafik statistikasını açıqlamayıb. Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi bəyan etmişdi ki, iranlıların qırx faizi türkcə danışır: “Demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, Türkiyə ilə İran arasında böyük bağdır”. Azərbaycan türkləri, türkmanlar və qaşqaylarla etnik əlaqələrini nəzərə alaraq İranın türk əhalisinin təqribən 40%-ə yaxın olduğunu iddia edirlər.

1925-ci ildə İranda Pəhləvilər sülaləsi hakimiyyətə gəldikdən sonra hökumət məcburi assimilyasiya siyasəti həyata keçirdi və azərbaycanlıların ölkə hakimiyyətində nüfuzu xeyli azaldı. İslam rejimi, İrandakı əvvəlki monarxiya kimi, farslarla azərbaycanlılar arasındakı fikir ayrılıqlarını kiçik hesab edib. 1981-ci ildə Təbrizdə baş vermiş üsyanı yatırmaq üçün ən ağır silahlardan istifadə etmiş İslam rejimi yüzlərlə azərbaycanlı etirazçını qətlə yetirməkdən çəkinməmişdi. Bu hesabat Azərbaycan türklərinə qarşı mövcud olan irqçilik və sistemli ayrı-seçkiliyi nəzərə alaraq 16 sentyabr 2022-ci ildə İranda başlamış olan etiraz dalğasında öldürülmüş və həbs edilmiş Azərbaycan türklərinə fokuslanmaqdadır. Belə etməkdə məqsəd İranda baş verən insan hüquqları pozuntularının son məruzələrində diskurs balansını qorumaq, həmçinin, sistemli ayrı-seçkiliyə məruz qalan qrup olaraq Azərbaycan türklərinin hüquqlarının “görünməz” qalmamasını təmin etməkdir.

Hesabatın birinci hissəsində bu nümayişlər zamanı həbs olunan və ya güllələnərək öldürülən bir sıra azərbaycanlı türk fəallar haqqında məlumat təqdim olunur. Hesabatın ikinci hissəsi əsasən hesabat müəllifləri və istinad kimi istifadə edilmiş mənbələr haqqındadır. Bu hissədə hesabat hazırlayanlar və bu hesabatı hazırlamaq üçün istifadə etdikləri istinadlar haqqında məlumat verilir. Hesabatın üçüncü hissəsində hesabatın metodologiyası, məlumatların toplanması və araşdırma çərçivəsinin formalaşdırılması prosesləri izah edilir. İranın digər bölgələrində olduğu kimi, azərbaycanlıların yaşadığı vilayətlərdə də insanlar digər etnik və dini hüquqları ilə yanaşı azadlıq tələbi ilə nümayişlər keçirməyə başlayıblar.

Hakimiyyət qüvvələri isə nümayişlər başlayan kimi dərhal azərbaycanlıların etirazlarını dağıtmağa başlayıb. Hesabatda sözügedən etirazlar zamanı Azərbaycan bölgəsində baş vermiş insan haqları pozuntuları təsnif edilib.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifiyə görə, etirazların elə ilk iki həftəsində Təbrizdə polis və SEPAH qüvvələri 1700-dən çox etirazçını həbs edib. Bütün Azərbaycan bölgəsi üçün həbslərin miqyasını hesablamaq çətindir. Bununla belə, həbs edilənlərdən 121-nin və güllələnərək öldürülən 13 etirazçının kimliyini təsdiqləyə bilmişik. Zərərçəkmiş və öldürülmüş şəxslərin ailələrinin, hal şahidlərinin, habelə İran daxilindəki azərbaycanlı insan haqları müdafiəçiləri və beynəlxalq insan haqları təşkilatlarının verdiyi məlumatlar təsdiq edir ki, İran polisi və kəşfiyyatçıları, SEPAH və Bəsic qüvvələri ilə birlikdə etirazçıları və çoxlu sayda insanı birbaşa atəşə tutublar. Buna baxmayaraq, İran hökuməti etirazçıların öldürülməsini inkar edir. Hesabat həmçinin yaralanan və ölən etirazçıların işlərinin araşdırılmasının qarşısını almaq üçün hakimiyyətin zərərçəkmiş və öldürülmüş şəxslərin ailələri ilə necə rəftar etdiyini təsvir edir.

Musavat.com hüquq müdafiəçilərinin tərtib etdiyi hesabatı təqdim edir:

https://www.etekyazi.com/wp-content/uploads/2022/12/rapor-turkce.pdf

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR