İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülüstan Əliyeva səhnəni fəth etdi FOTO

812 19.06.2026 16:31 Şou-biznes A A

Əməkdar artist Gülüstan Əliyeva “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı çərçivəsində Ordubad şəhərində keçirilən rəsmi açılış mərasimində çıxış edib.

Musavat.com xəbər verir ki, sənətkar bayram ovqatına uyğun səhnə geyimi və emosional ifası ilə tamaşaçılara unudulmaz anlar yaşadaraq tədbirin əsas diqqət mərkəzinə çevrilib.

Çıxışdan sonra o, pərəstişkarları ilə xatirə fotoları çəkdirib və böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş sərgilər, folklor və musiqi nümunələri, aşıq sənəti ifaları, eləcə də rəsm və xalçaçılıq ekspozisiyaları təqdim olunub.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR