İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlərini bağlayıb, soyunmağa məcbur etdilər: "Saatlarla..." - ŞOK FOTOLAR

2066 12.03.2024 15:55 Dünya A A

Qəzzada səhiyyə işçiləri BBC-yə bildiriblər ki, keçən ay xəstəxanada əməliyyat keçirən İsrail əsgərləri onları döyüb, gözlərini bağlayıb, əllərini qandallayıb və soyunmağa məcbur ediblər.

Musavat.com xəbər verir ki, Qəzzanın cənubundakı Nasser Xəstəxanasından həkim Əhməd Əbu Sabha bir həftə həbsdə qaldığını və bir İsrail əsgərinin onun əlini sındırdığını qeyd edib. 

BBC-yə danışan fələstinli tibb işçiləri günlərlə həbs olunduqlarını, alçaldıldıqlarını, döyüldüklərini, soyuq su ilə ısladıldıqlarını və saatlarla narahat şəkildə diz çökdürüldüklərini söyləyirlər.

BBC bu iddialarla bağlı İsrail Müdafiə Qüvvələrinə (IDF) müraciət edib, lakin İsrail rəsmiləri bu iddialara birbaşa cavab verməyib və ya pis rəftar iddialarını təkzib ediblər. 

İsrail ordusu bəyan edib ki, “məhbuslarla pis rəftar IDF qaydalarına ziddir və qəti şəkildə qadağandır”.

Musavat.com BBC-nin əldə etdiyi fotoları təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR