İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Putin-Əliyev görüşündə: sülhməramlılarla bağlı nələr danışılacaq? CANLI

641 12.10.2023 14:48 Son xəbər A A

Politoloq Sülhəddin Əkbər deyib ki, oktyabrın 13-də Bişkekdə keçiriləcək MDB sammitində Putin-Əliyev görüşündə sülhməramlılar müzakirə oluna bilər. Rusiya öz silahlı qüvvələrini dəyişən şəraitə uyğunlaşdıraraq Qarabağda saxlamaq istəyir: “Böyük təhlükə isə ondan ibarətdir ki, 44 günlük savaşda olduğu kimi, erməniləri Qarabağa qaytarmaq fikrindədirlər. Daha sonra ruslar onların təhlükəsizliyinə təminatçı kimi bölgədə qalmaq istəyirlər. Bu, çox təhlükəli bir durumdur və Azərbaycan heç bir halda buna razılıq verməməlidir. Əks halda, görülən işlərə çox böyük bir kölgə düşəcək və zərbə altında qalacağıq”.

Politoloqun fikrincə, Bişkek sammitində Azərbaycan və Rusiya liderlərinin görüşü məhz bu məsələyə həsr olunacaq: “2 əsas məsələ müzakirə olunacaq: Qarabağla bağlı geosiyasi qarşıdurma, təşəbbüs mübarizəsi və sülhməramlıların yeni şəraitə uyğunlaşdırılması, onların statusunun dəyişdirilməsi. Rusiya Azərbaycanı şantaj edəcək ki, buna razılıq verməsəniz, o zaman BMT Təhlükəsizlik Şurasının qərarı ilə bölgəyə beynəlxalq sülhməramlı qüvvələr yeridiləcək və Kreml buna razılıq verəcək”.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə rus ordusunun Qarabağda qalıb-qalmayacağını müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR