İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Moskvada! Putin-Əliyev-Paşinyan sabah hansı SƏNƏDİ imzalayacaq? CANLI

718 24.05.2023 15:43 Gündəm A A

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı sözlərinə münasibət bildirib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova məlumat verib.

“Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımağa hazır olduğu ilə bağlı bəyanatını onun 2022-ci ildəki mövqeyinin təsdiqi olaraq nəzərdən keçirir", - Zaxarova deyib.

"Mən baş nazirin mətbuat konfransındakı bəyanatlarını diqqətlə dinlədim və Nikol Paşinyanın sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bəyan edirəm. Sülh gündəmimizi iki əllə müdafiə edəcəyəm, bu proses Azərbaycan ilə sülhə gətirib çıxaracaq".

Bu sözləri “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib. Deputat qeyd edib ki, Paşinyanın siyasətinə dəstək verir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Biz sülh yolunda atılan bütün addımları alqışlayır, bu prosesi başa çatdırmaqda olduqca qərarlıyıq. Və xüsusilə qeyd edirəm ki bu, Ermənistan xalqı qarşısında ən böyük missiyamızdır." , - deyə o bildirib.

TVMusavat-ın saat 16:00-da canlı efirində “Həftə içi” verilişində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Moskva görüşünü dəyərləndirir.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR