İnsanlara hürriyət, millətlərə istiqlal!

Göz yumduğumuz faciə: Bu insanların ölümündə sənin payın nə qədərdir?

1603 02.05.2022 22:47 Gündəm A A

 

Əvvəli maraq və ya dostların təsiri ilə…

Ortası həzz almaq, əylənmək məqsədi ilə…


Axırını isə yazıdakı personajların yaşadıqlarından görün, nəticə çıxarın...

Bəli, söhbət sizin də düşünüyünüz kimi “ağ ölüm”dən gedir. Bu ölüm yolunu seçənlər təkcə öz həyatlarını məhv etmirlər. Cəmiyyət korlanır, cinayətlər artır, gələcəklər məhv olur. Bu kimi sonluqlar həm filmlərdən, həm real həyatdan hər birimizə məlumdur. Bu baxımdan aydındır ki, bütün bunlarla mübarizə insanlığın xilası, cəmiyyətin inkişafı, ailələrin dağılmasını önləmək baxımından olduqca önəmlidir. Tibbi hesabatlarda narkotik “ağ ölüm” kimi səciyyələndirilir. Göstərilir ki, narkomanlar 35-40 yaşlarına qədər ömür sürə bilirlər. Onların övladları da sağlamlıq baxımdan qüsürlu olurlar. Yəni narkotikdən istifadə edən şəxs təkcə özünü deyil, genini də aşınmaya məruz qoyur...


Bu bəla ilə hər kəs mübarizə aparmalıdır və aparır da. Lakin bu işin öncülləri təbii ki, polislərdir.

indir (19).jpg (43 KB)

Uzun illərdir Daxili İşlər Nazirliyi Bakıda narkotik satışı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görür. Xüsusilə də patı və digər bu kimi narkotik vasitələrin satışı, istifadəsi ilə məşğul olanların həbsi, saxlanılması ilə bağlı mətbuatda demək olar ki, hər gün yeni xəbər görürük. Bunlar ilk baxışda bəlkə də adi xəbərlər kimi görünsə də əslində, böyük ailə faciələrinin qarşısının alınması istiqamətində çox ciddi addımlardır.

İndiyədək məhkəmə materiallarında narkotik istifadəçilərinin müdhiş həyat hekayələri ilə bağlı xeyli məqamlar yer alıb. Həmin materiallar böyük bir ailə faciəsinin carçısıdır.

indir (20).jpg (32 KB)

Məsələn, ötən il Sabunçu rayonu, Pirşağı qəsəbəsində narkotik istifadəçisi olan 41 yaşlı Ağa Yusubov həyat yoldaşını uşaqları ilə yatdığı yerdə öldürmək istəyib. Xanımına iki bıçaq zərbəsi vurub, lakin bıçaq qırıldığı üçün Ağa niyyətini sona qədər həyata keçirə bilməyib. Ağa ifadəsində deyib ki, narkotikdən istifadə etdiyi üçün psixi problemləri yaranıb. Hadisə zamanı da nə etdiyini dərk etmirmiş…

Başqa bir material isə 14 yaşlı yeniyetmə ilə bağlıdır. Belə ki, 14 yaşlı yeniyetmə bu yaşda narkotik aludəçisinə çevrilib. Onu buna öz doğma anası və əmisi vadar edib. Zorla diləndirilən yeniyetmə 1 il əvvəl xəstəxanaya yerləşdirilb, çıxandan bir müddət sonra isə yenidən vərdiş etdiyi həyata dönüb. Daha doğrusu döndürülüb.

indir (21).jpg (57 KB)

Hazırda Narkoloji Dispanserdə müalicə alan bu yeniyetmənin gələcəyi böyük sual altındadır. Çünki bədəni ilə yanaşı, onun beynini, düşüncələrini zəhərləyən ananın və əminin bundan sonra onunla necə rəftar edəcəyi bəlli deyil.

Bu ilin yanvarında Bakıda narkotik istifadəçiləri arasında başlayan mübahisə ölümlə nəticələnib. Tərəflər elə narkotikdən məcburi müalicəyə gəldikləri xəstəxanın önündə dava ediblər. Davadan sonra birlikdə şəhərdə gəziblər, dönər yeyiblər, yenə də narkotik maddə qəbul ediblər. Bir sutka sonra davada xəsarət alan şəxslərdən biri vəfat edib. Araşdırmalar zamanı məlum olub ki, mərhumun qardaşı da narkotik vasitə istifadəçisi olub.

indir (22).jpg (37 KB)

Bunların hamısı “ağ ölümün” cəmiyyətdə yaratdığı fərqli-fərqli acı həyat hekayələridir. Heç kim narkotik vasitə bəlasından sığortalanmayıb. Orta məktəblərə qədər gəlib çıxan bu bəla 14-15 yaşlı yeniyetmələri də uçuruma çəkir.

Günü bu gün məhkəmələrdə hakim önünə çıxarılan təqsirləndirilən şəxslərin 60-70 faizi narkotik istifadəsində və ya narkotik vasitələrin qanunsuz dövriyəsində ittiham edilir.

Ölkəmizdə Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam da mühüm əhəmiyyət daşıyır.

indir (23).jpg (60 KB)

2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

2021-ci ilin dekabr ayında yayılan məlumata görə, Bakı şəhərində narkomaniyaya görə qeydiyyatda olan şəxslərin sayı 12 mindən çoxdur. Onlardan 300 nəfəri qadınlar, qalanı kişilərdir. Qeydiyyatda olan xəstələr əsasən narkotik maddələrdən illərdir istifadə edən və stasionar müalicədən keçənlərdir. Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova deyib ki, ümumi götürsək, həmin göstərici qeydə alınan rəqəmlərdən 2-3 dəfə çoxdur.

indir (24).jpg (22 KB)

Stasionar müalicədən çıxdıqdan sonra remissiya halları müşahidə olunmursa, həmin şəxslər yenidən narkotik vasitələr, psixoaktiv maddələrdən istifadəyə başlayırlar. Nəticədə onların yenidən stasionara müraciəti baş verir. Müraciət daxil olduqdan sonra yenidən müalicə kursunu keçirlər. Qeydiyyatda olan xəstələr arasında elələri var ki, müalicədən sonra 1-2 ildir psixoaktiv maddə istifadə etmirlər. Lakin narkomaniya xəstəliyində bu, sağalma sayılmır. Bu, remissiya dövrü adlanır. Əgər xəstə stasionar müalicə alıbsa və ya qeydiyyatdadırsa, həmin şəxslər 5 il ərzində nəzarətdə saxlanılır. Beş il ərzində onlar həmin vasitə və ya maddələrdən istifadə etmirlərsə, qeydiyyatdan çıxarılırlar. Həmin şəxslər digər sağlam vətəndaşlar kimi hər hansı bir kollektivdə işləyə, həyatlarını davam etdirə bilərlər.

indir (25).jpg (9 KB)

“Yeni Müsavat” qəzetinin məhkəmə-kriminal müxbiri İlkin Muradov deyir ki, 3-4 il əvvəl məhkəməyə gətirilən dustaqlar arasında narkotik ittihamı ilə həbs edilənlər çox idi. Amma son 2 ildə bu rəqəmlərdə kəskin artım var:

“3-4 il əvvəl bu rəqəmi 50-55 faiz kimi söyləyə bilirdik. İndi isə 70 faizə yaxın, hətta daha çoxdur. Hər gün Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilən dustaqların yarısından çoxu narkotik satışı ittihamı ilə həbs edilib. Onların əksəriyyətinə qarşı irəli sürülən ittiham sübuta yetirilir, bir çox özünü təqsirli bilir. Bu şəxslər özlərinin düşdüyü bataqlığa cəmiyyəti də sürükləmək istəyənlərdir. Narkotik vasitələr əsasən İran İslam Respublikasından qaçaq yollarla gətirilir. Bu şəxslərin bir çoxu narkotikin çıxılmaz bəla olduğunu dərk edirlər, buna görə də istifadə etmirlər. Amma pul qazanmaq naminə cəmiyyəti məhv etməyi gözə alırlar”.

121067752_3625137074205673_2906933803233028610_n.jpg (194 KB)

İlkin Muradov qeyd edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə təkcə hüquq-mühafizə orqanları məsuliyyət daşımır: “Cəmiyyət olaraq, hər birimiz fərd olaraq bu mövzuda həssas olmaylıq. Kimsə narkotik satanı, çəkəni bildiyi halda susmamalıdır. Çünki bu bəla müəyyən bir çevrədə yayılmır. Hər gün onlarla, bəlkə də yüzlərlə insanı cənginə alır. Mən belə düşünürəm ki, narkoik satanı bilib, amma polisə məlumat verməyən şəxs narkotik satan şəxslə eyni məsuliyyəti daşıyır. Çünki narkotik satan deyir ki, çəkmirəm, satıram. Yəni, özünə ziyan vermədiyini qənaətindəir. Narkotik satanın əməllərinə göz yuman da düşünür ki özü üçün zərəri yoxdur. Amma ümumən düşünmək laızmdır ki, cəmioyyətin bəlası olan “ağ ölüm” hərlənib, fırlanıb bizə, yaxınlarımıza da çata bilər. hər birimiz bu məsələdə məsuliyyəti üzərimizə götürməliyik”.

Əməkdaşımız onu da əlavə edib ki, ölkədə son zamanlar saxlanılan narkotik istifadəçilərinin sayının artması digər cinayət hadisələrində statistik rəqəmləri azaldıb: “Cəmiyyətdə cinayətə meyilli insanlar çox zaman narkotik istifadəçiləri olur. Onlar narkotik vasitənin təsiri altında quldurluq, oğurluq, qətl kimi ağır cinayətlər törədirlər. Narkotik istifadəçilərinin kütləvi həbsləri qeyd edilən cinayətləri kəskin şəkildə azaldıb. Amma bu da cəmiyyətin xilası demək deyil. Həbs edilən şəxslərin yenidən sağlam fərdlər olaraq azadlığa çıxması vacibdir. Buna görə də cəzaçəkmə müəssisələrinə göndərilən şəxslərin taleyi ilə maraqlanmaq lazımdır. Onların müəlicəsi, yenidən cəmiyyətə adaptasiya olunması diqqət saxlanılmalıdır. Narkotik istifadəçi olan şəxs məhkəmənin qərarı ilə məcburi müalicəyə göndərilir. Amma çox zaman müsbət nəticəyə nail olmaq olmur. Çünki hansısa bir narkotik istifadəçisinin öz iradəsi ilə bu asılılıqdan əl çəkəcəyi inandırıcı deyil. Rəsmi qurumlar, qeyri-hökumət təşkilatları bu istiqamətdə çalışmalıdır. Ara-sıra hazırlanan videoçarxlarla bu bəladan xilas olmaq mümkün deyil. Mən təklif edərdim ki, bu istiqamətdə ciddi adımlar atılsın, agentlik yaradılsın. Və bu agentlik vasitəsi ilə sistemli şəkildə və uzun müddətli layihələrin icrasına başlanılsın. Cəzaçəkmə müəssisələrində məhz narkotik istifadəçilərinin müəlicəsi üçün müəssisələr yaradılsın, ailələrin, hətta narkotik istifadəçilərin müalicə üçün rahat şəkildə, dövlət himayəsinə sığınmasını təmin etmək laızmdır. Bu istiqamətdə atılmayan hər addımla hər gün bir addım da geri gedirik”.

indir (26).jpg (43 KB)

Ölkə mətbuatından və Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı məlumatlardan görünür ki, hazırda bu sahədə daxili işlər orqanları tərəfindən intensiv tədbirlər görülür. Rəsmi məlumata görə, 2021-ci il ərzində qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib.

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR