İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə mebel salonu yanıb

368 01.02.2023 02:15 Hadisə A A

Göygöl rayonunda yerləşən mebel salonlarından birində baş vermiş yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisənin səbəbləri araşdırılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyi Göygöldəki mebel salonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə nazirlikdən bildirilib.

***

Göygöldə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Dərhal hadisə yerinə Gəncə və Göygöl Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR