İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyərtəsində ilk türkiyəli astronavt olan kosmik gəmi BKS-yə çatıb

774 20.01.2024 18:40 Dünya A A

“SpaceX”in “Crew Dragon” kosmik gəmisi “Axiom” kommersiya proqramının bir hissəsi olaraq Beynəlxalq Kosmik Stansiyasına (BKS) yanaşıb.

Bu barədə “SpaceX” şirkəti məlumat yayıb.

“Crew Dragon”un heyətində Türkiyənin ilk astronavtı olan Alper Gezeravcı da var. Heyətə türkiyəli astronavtla yanaşı, ispaniyalı astronavt Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyinin isveçli astronavtı Markus Vandt daxildir.

Onlar təxminən iki həftə ərzində stansiyanın hazırkı heyəti ilə birlikdə 30 elmi təcrübə keçirəcəklər.

Xatırladaq ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da Bakı vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyasına göndərilib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR