İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçədə ağır qəza: 2 ölü, 3 yaralı

656 04.11.2023 13:42 Hadisə A A

Noyabrın 4-də Göyçə mahalında - Qeqarkunik rayonunda dəhşətli qəza baş verib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, saat 06:10 radələrində Tsovaqyux-Şorja yolunun 25-ci kilometrliyində “Honda CRV” və “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər yerindəcə dünyasını dəyişib. Zərərçəkənlərdən 4-ü Çambark tibb mərkəzinə yerləşdirilib. Daha sonra oradan polis bölməsinə zərərçəkənlərdən daha birinin öldüyü barədə məlumat daxil olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və xəsarət alan sürücülərin kimliyini öyrənməyə çalışır. Faktla bağlı cinayət işi başlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR