İnsanlara hürriyət, millətlərə istiqlal!

Görənlər gözlərinə inanmadı - MÖCÜZƏ BAŞ VERDİ

1648 18.05.2026 13:15 Dünya A A

Liviyanın şimal-şərqində yerləşən səhrada 5 gündür itkin düşən Mərvan əl-Behici xilasetmə qrupları tərəfindən sağ vəziyyətdə tapılıb.

Musavat.com xəbər verir ki, nasaz vəziyyətdə qalan avtomobilinin yanında kişinin tapılması bölgədə böyük sevincə səbəb olub.

Liviya mediasının yaydığı məlumata görə, Behicinin tapılması üçün günlərlə davam edən genişmiqyaslı axtarış əməliyyatı həyata keçirilib. Axtarışlara xilasedicilərlə yanaşı, çoxsaylı könüllülər və hərbi helikopter də cəlb olunub.

Bildirilir ki, gənc səhranın Echara bölgəsinin şərq hissəsində avtomobili xarab olduqdan sonra köməksiz vəziyyətdə qalıb. Çətin hava şəraitinə baxmayaraq, onun sağ tapılması “möcüzə” kimi qiymətləndirilib.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR