İnsanlara hürriyət, millətlərə istiqlal!

Göksel Aşan: "Bu torpaqlarda qalmağımızı təmin edəcək birlik Türk Dünyası birliyidir"

364 21.12.2023 11:27 İqtisadiyyat A A

"Bu torpaqlarda qalmağımızı təmin edəcək birlik Türk Dünyası birliyidir".

Musavat.com bildirir ki, bu sözləri Türkiyə Prezidentinin maliyyə idarəsinin müdiri Göksel Aşan dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan -Turkiyə İnvestisiya Forumunda deyib.

"Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub. Bu inkişaf ölkə ərazisinin 20 %-nin işğal altında olması şəraitindı qeydə alınıb. Torpaqların azad edilməsi ilə inkişafın səviyyəsini təsəvvür etmək çətin deyil. Son illər bütün dünyada iqtisadi çətinliklər yaşanır. Gedən proseslər göstərir ki, əgər güclü olmasanız, ayaqda qalmağınız mümkün deyil. Bütün dünyada birləşmə gedir. Lakin bizim üçün bu torpaqlarda qalmağımızı təmin edəcək birlik Türk Dünyası birliyidir. Türk dünyasının həmrəy olmaqdan başqa şansı yoxdur, xüsusi ilə də iqtisadi sektorda güclü və həmrəy olmaq önəmlidir", deyə Göksel Aşan qeyd edib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR