İnsanlara hürriyət, millətlərə istiqlal!

Gizli mərkəz aşkarlandı: 6-cı otaqda yaşananlar... - ŞOK DETAL

3026 01.03.2024 16:44 Dünya A A

İsrail qüvvələri HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın "6 nömrəli otaq" adlı mərkəzdə qaldığını, lakin indi tez-tez yer dəyişməyə başladığını iddia edir. ABŞ mediası Sinvarın tutulması və ya öldürülməsi halında israilli girovların təhlükə altında qalacağını yazarkən, Həmas lideri onların Qəzzada qələbə yolunda olduqlarını bildirir.

Musavat.com “Jerusalem Post”a istinadən xəbər verir ki, hərbi mənbələrə görə, "Otaq 6" digər HƏMAS tunelləri ilə müqayisədə çox dərin qazılmış yeraltı mərkəzdir. Rabitə xətləri ilə təchiz edilmiş və təhlükəsizliklə qorunan mərkəzdə İsrail qüvvələrini çaşdırmağa yönəlmiş müxtəlif tələlər var.

İsrail hərbi mənbələri İsrail ordusunun Qəzzanın dərinliklərinə apardığı əməliyyatlardan sonra Sinvarın tez-tez yer dəyişməyə başladığını, lakin hər dəfə sübut qoyduğunu iddia edir.

İsrailə görə, Sinvar hər vəziyyətə uyğun olaraq fərqli planlar qurur və heç vaxt ətrafındakılara güvənmir.

ABŞ-ın “Washington Post” qəzeti də İsrail qüvvələrinin Sinvarın yerini müəyyənləşdirməyə yaxın olduğunu, lakin İDF-nin böyük dilemma ilə üzləşdiyini yazıb.

Nəşr İsrail rəsmilərinin Qəzza müharibəsinin Sinvar ələ keçirilmədən və ya öldürülmədən bitməyəcəyini vurğuladığını xatırladıb və Sinvarın öldürülməsinin israilli girovları təhlükə altına ata biləcəyini yazıb.

Qəzetə danışan İsrail rəsmiləri bildiriblər ki, girovlardan canlı qalxan kimi istifadə Sinvara qarşı istənilən hərbi əməliyyatı çətinləşdirir.

Qeyd edək ki, HƏMAS-ın qurucu üzvlərindən biri olan 61 yaşlı Sinvar “HƏMAS-ın beyni” sayılır və İsrail administrasiyası onu “gəzən ölü adam” adlandırır. 1988-ci ildə iki İsrail əsgərinin ölümündən sonra həbs edilən Sinvar 2011-ci ildə əsir mübadiləsi müqaviləsi ilə azadlığa buraxılıb. Sərbəst buraxıldıqdan sonra sürətlə yüksələn və HƏMAS-ın ikinci əsas adamına çevrilən Sinvar Qəzzanın faktiki hakimidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR