İnsanlara hürriyət, millətlərə istiqlal!

Gimnastlarımız beynəlxalq yarışda 6 medal qazandı FOTO

839 02.06.2022 01:20 İdman A A

28-29 may 2022-ci il tarixində Monteneqroda Budva şəhərində Monteneqro Gimnastika Federasiyası və Budva Gimnastika klubu tərəfindən təşkil olunmuş bədii gimnastika üzrə”Montanegro Wild Beauty Cup 2022” beynəlxalq turniri keçirilib.

Musavat.com xəbər verir ki, yarışda uşaqlar,yeniyetmələr və böyüklər kateqoriyası üzrə 10 ölkəni təmsil edən 113 gimnast iştirak edib.

İOEUG Gimnastika Məktəbinin gimnastları yarışda müvəfəqiyyətlə çıxış edərək toplam 6 medal qazanıblar. Fərdi hərəkətlərdə iştirak edən gimnastlarımız Amina Novruzova, Dərya Məmmədova , Zəhra Həsənzadə və Səidə Əliyeva qızıl medal , Aylin Ocaqi topla hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar.

Ən kiçik yaş kateqoriyasında çıxış edən Lalə Novruzova isə beşinci yerdə qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR