İnsanlara hürriyət, millətlərə istiqlal!

Geri sayım başladı - Yaxın saatlarda nə baş verəcək?

6140 14.06.2026 23:22 Dünya A A

ABŞ və İran arasında sazişin yaxın bir neçə saat ərzində imzalanacağı gözlənilir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində məlumat verib.

Telekanalın jurnalisti Trey İnqstin sözlərinə görə, ABŞ Prezidenti ilə söhbətindən sonra o, Trampın sazişin yaxın iki-üç saat ərzində imzalanacağını bildirdiyini qeyd edib.

İyunun 13-də Tramp sazişin iyunun 14-də imzalanacağını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai memorandumun məhz həmin tarixdə imzalanmayacağını, buna baxmayaraq sazişin yaxın günlərdə bağlanması ehtimalının olduğunu bildirib. İyunun 14-də isə mətbuatda İranın ABŞ ilə razılaşma ilə bağlı hələlik qəti qərar vermədiyi barədə məlumatlar yayılıb.

Daha sonra Donald Tramp İsrailin Beyruta hücumunu pisləyib və həm İsraili, həm də "Hizbullah"ı Vaşinqtonun İranla sazişini pozmamaq üçün hücumları dayandırmağa çağırıb.\\Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR