İnsanlara hürriyət, millətlərə istiqlal!

Georgi Kondratyev: "Bakıya eyni istəklə gəlmişik"

765 12.06.2022 19:32 İdman A A

"Bütün matçlara eyni istəklə yanaşırıq. Hər qarşılaşmada istəyimiz birdir. Bakıya da bu istəklə gəlmişik".

"Report"un məlumatına görə, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

62 yaşlı mütəxəssis bir neçə gün əvvəl Azərbaycan seçməsi ilə qolsuz bərabərə qaldıqlarını xatırladıb: "Onları yaxşı tanıyırıq. Bizimlə eynigüclü komandadır. Qrupdakı digər rəqiblərimizin də səviyyəsi bərabərdir. Bu cür oyunların taleyini kiçik epizodlar həll edir".

Kondratyev köməkçilərinin "Sumqayıt"ın belaruslu baş məşqçisi Aleksey Baqa ilə danışdığını söyləyib: "Bizdə kifayət qədər tənqid var. Hərdən elə təəssürat yaranır ki, sanki mən Braziliya millisinin sükanı arxasındayam".

Baş məşqçi futbolçu olduğu dönəmdə də Bakıya səfər etdiyini vurğulayıb: "Sizin yaxşı müdafiəçiləriniz var idi. Yaşar Vahabzadə, Asim Xudiyevin adını çəkə bilərəm. Onlara qarşı oynamaq heç də asan deyildi. Hətta bəzi futbolçularınızla dostluq münasibətim var. Burada İsgəndər Cavadovu qeyd edərdim. Oyunlarımız çox yaxşı keçirdi. Azərbaycana səfər etmək hər zaman xoşdur".

Qeyd edək ki, iyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR