İnsanlara hürriyət, millətlərə istiqlal!

General Mövlam Şıxəliyevin əmlaklarının siyahısı: Bir binada 5 ev

1786 07.06.2022 16:25 Kriminal A A

2021-ci ilin aprelində həbs olunan MTN generalı Mövlam Şıxəliyevin bəzi mülklərinin ünvanı və sayı məlum olub.

Musavat.com xəbər verir ki, ümumilikdə 14 milyon 292 min manat rüşvət və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan generalın cinayət işi üzrə məhkəmə iclası davam edir.

Məhkəmə istintaqı zamanı generalın bir sıra mülklərinin ünvanı və dəyəri məlum olub. Onun təkcə bir binada 5 mənzili var. General “Sahil” metrostansiyasının üstündə yerləşən çoxmərtəbəli binada Tağı Əhmədovla qonşudur.

Həmin binanın 10, 39, 40, 72-ci və daha bir mənzili generalın qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

Bundan başqa Şıxəliyevin Fəvvarələr meydanında dəyəri yarım milyondan çox olan obyekti var.

Generalın ailə üzvlərinin adına olan əmlakların siyahısı:

- Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili;

- Mahnı Teatrının yanında, oğlunun adına 400 min manat qiyməti olan mənzili;

- Novxanıda 1.5 milyon dəyəri olan bağ evi;

- Novxanıda torpaq sahələri;

- “Nərimanov” metrostansiyasının yaxınlığında 400 kvadrat metrlik mənzil;

- “8-ci kilometr”də 1 milyon dəyəri olan obyekt.

Qeyd edək ki, generalın ümumilikdə 8 milyona yaxın əmlakının üzərinə həbs qoyulub. Bunlar hələ onun ölkə daxilində müəyyən edilən əmlaklardır.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR