İnsanlara hürriyət, millətlərə istiqlal!

Gender problemləri ilə bağlı portal hazırlanıb - Fotolar

944 25.10.2022 12:12 Sosial A A

Gender problemlərini əhatə edəcək portal hazırlanıb.

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

O qeyd edib ki, noyabr ayında "genderazerbaijan.com" portalının açılış mərasimi olacaq: "Portal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə yaradılıb. Gender portalında ümumilikdə gender bərabərliyi sahəsində qanunvericilik, maarifləndirmə, institusional mexanizmlər, araşdırmalar və digər məlumatlar yerləşdiriləcək. Platforma gender məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirərək onların şəbəkələşməsini təmin edir. Eyni zamanda gender bərabərliyi sahəsində fəaliyyətin daha şəffaf prinsiplərə əsasən həyata keçirilməsini təşkil edir".

Afaq Mirayiq,
Foto müəllifindir
Musavat.com

photo_2022-10-25_12-09-48.jpg (195 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR