İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncənin bombalanmasından 2 il keçdi - şahidlər nələr danışır? VİDEO

1571 04.10.2022 19:35 Gündəm A A

Vətən müharibəmizdən iki il keçməsinə baxmayaraq haqq savaşımızın qələbə qüruru ilə yanaşı heç zaman unudlmayacaq acılarıda qalır. 2020-ci ilin 4 oktyabrında düşmən ilk dəfə Gəncə şəhərini balistik raketlərlə hədəfə aldı. Ermənistanın siyasi və hərbi hakimiyyətinin göstərişi ilə cəbhə xəttindən uzaqda yerləşən bir şəhərin sadə sakinləri balistik raketlərin hədəfi oldu.

Hadisənin şabhidləri geridə qalan dəhşətləri yaddaşlarından silə bilmir. Gəncədə hələ də erməni vəhşiliyinin izləri qalıb. ​Kifayyət Abbasova o gün baş verənləri danışır.

4 oktyabr 2020 tarixində Gəncə şəhəri fasilə ilə yenidən raket hücumuna məruz qalır. Düşmənin iyrənc niyyəti qadın, uşaq, qoca demədən bacardıqca daha çox günahasız insanları qətlə yerimək olur.

Nadir İbrahimov raket zərbəsindən möcüzə şəkilində sağ çıxan vətəndaşlarımızdandır. Müsahibimiz həmin gün nəvələri ilə birgə evdə olub. Müxtəlif xəsarətlər alsa da, həkimlər onun və nəvələrinin həyatını xilas edə bilib. Deyir hər dəfə dağılan evinə baxanda göz yaşlarını saxlaya bilmir.

Rəsmi statistikya görə, 2020-ci ilin 4 oktyabr tarixində Ermənistan ərazisindən atılan raket zərbələri nəticəsində 1 nəfər həyatını itirdi, 30-dan çox mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti aldı. Gəncənin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən 34 ev tamamilə dağıldı, 100-dən artıq yaşayış evinə ziyan dəydi. Bu son deyildi Gəncə Vətən müharibəsi dönəmondə daha 4 dəfə bombalandı.

İlham Məmmədov, Gəncə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR