İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gəncənin bombalanması məğlubiyyətə məhkum olan düşmənin acizliyi idi"

1910 09.10.2022 16:23 Gündəm A A

 

Düşmən dəyişməyib, sadəcə məğlub olub, gücsüzdür

İki il əvvəl İkinci Qarabağ Müharibəsinin qızğın günlərində ermənilər Gəncə şəhərini bombaladılar. Gəncə şəhəri 2020-ci ilin oktyabr ayında ardıcıl olaraq 5 dəfə (!) raket qurğuları ilə atəşə tutuldu. Gəncənin bombalanması hərbi cinayət idi.

Oktyabrın 4-də birinci dəfə, ikinci dəfə oktyabrın 5-də, üçüncü dəfə oktyabrın 8-də, dördüncü dəfə oktyabrın 11-də, beşinci dəfə isə oktyabrın 17-də OTR-21 “TOÇKA”, “Skad” raketləri ilə atəşə tutulub. Bu bombalamalar nəticəsində Gəncədə 26 nəfər dinc sakin həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bakupost.az - Ombudsman: Gəncənin bombalanması hərbi cinayətdir

Gəncənin atəşə tutulması hərbi cinayət idi

Gəncə şəhəri cəbhə xəttindən 60-80 kilometr arxada yerləşirdi. Şəhərdə hərbi baza yoxdur, mülki təyinatlı Beynəlxalq Hava Limanı şəhərdən kənarda yerləşir və hərbi təyinatlı deyildi. Üstəlik pandemiya və müharibə səbəbi ilə həmin vaxt işləmirdi.

Nəhayət, atılan raketlərin əksər hallarda yaşayış binalarına, ticarət mərkəzinə düşməsi onu göstərir ki, Gəncəni bombalayanların məqsədi daha çox insan tələfatına yol açmaq olub.

Nəticədə 26 dinc insan, o cümlədən uşaqlar həlak oldu, yüzlərlə insan yaralandı, dağıntılar baş verdi. Müharibənin gedişində mülki insanların itkisi xalqda daha çox nifrət və kədərə səbəb oldu.

Gəncənin bombalanması müharibə cinayəti idi. Çünki Cenevrə hüququna əsasən müharibə dövründə “mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir”.

Müharibəyə birbaşa aidiyyəti olmayan, cəbhədən kilometrlərlə uzaqda yerləşən şəhərin ağır ballistik raketlərlə atəşə tutulması məqsədli şəkildə törədilmiş hərbi cinayətdir və Ermənistan rəhbərliyi, hərbi komandanlıq buna görə cavab verməlidir.

Dünyanın nüfuzlu elm adamları Gəncə terror hadisələrinə görə dünya  liderlərinə çağırış edib Xalqqazeti.com

Ermənistanın Gəncəni bombalamaqda məqsədi

Gəncənin bombalanması məğlubiyyətə məhkum olan düşmənin acizliyi idi. Ermənistan hakimiyyəti, hərbi və siyasi rəhbərliyi Gəncənin bombalanması barədə əmr verildiyini, ümumiyyətlə raketlərin Ermənistan ərazisindən atıldığını inkar edir, məsuliyyəti Qarabağdakı separatçıların üzərinə atır. Lakin buna baxmayaraq raketlərin bir çoxunun məhz Ermənistan ərazisindən atıldığı sonrakı dövrdə isbat olunub.

Erməni rəhbərliyinin dinc şəhərləri atəşə tutmaqda bir neçə məqsədi olub. Birincisi, birbaşa cəbhə xəttində olmayan şəhərləri vurmaqla əhalidə kütləvi qorxu və xof yaratmaq, arxa cəbhədə təşvişə səbəb olmaq. Bu taktikadan Birinci Qarabağ müharibəsində də istifadə edən ermənilər, müharibənin gedişində dəfələrlə əhalidə xof yaratmaq üçün müxtəlif vasitələrə əl atıb, hətta dinc əhaliyə hökumət orqanları adından mesajlar göndərməklə qorxu və təşviş yaratmaq, əhalinin köçünə səbəb olmağa çalışıblar. Lakin bu cəhdlərin heç bir nəticəsi olmayıb.

Gəncə terrorunda çəkilən bu şəkil “ayın fotosu” seçildi | KONKRET

İkincisi, cəbhə xəttində uduzan erməni qüvvələri məğlubiyyətin əvəzini arxa cəbhədə dinc insanları öldürməklə çıxmağa çalışıb. Məsələn, Gəncənin birinci dəfə atəşə tutulması oktyabrın 4-də, yəni Cəbrayılın azad edildiyi gün baş verib. Üçüncü bombardman isə oktyabrın 10-da Moskvada atəşkəs razılaşması əldə olunan gün baş verib. Ən şiddətli bombardman isə Gəncəyə oktyabrın 17-də, Azərbaycan ordusunun Füzulini azad etdiyi gün edilib. Bu da onu göstərir ki, ermənilər cəbhədəki məğlubiyyətin əvəzini dinc əhalidən çıxmağa çalışıblar.

Vurulan hədəflər göstərir ki, erməni qüvvələrinin əsas məqsədi daha çox dinc insan öldürmək olub. Onu da unutmaq olmaz ki, Ermənistanın keçmiş rəhbərliyi etiraf etmişdi ki, Xocalı soyqırımını məhz azərbaycanlılarda daha çox qorxu hissi yaratmaq üçün törədiblər. İkinci Qarabağ müharibəsi zamanı dinc yaşayış məntəqələrinə hücum imkanı olmayan ermənilər, bunun əvəzində dinc yaşayış məskənlərini vurmaqla daha çox tələfata səbəb olmağa çalışıblar.

Gəncə bu gün... - Fotolar

Dünya yenə də “imtahandan keçə bilmədi”

Gəncə şəhərinin bombalanması Ermənistanın siyasi və hərbi rəhbərliyinə qarşı hüquqi məsuliyyət yaradır. Azərbaycanın bu məsələdə hüququn verdiyi bütün imkanlardan istifadə etməsi lazımdır.

Gəncə hərbi terroru düşmənin qəddar və rəhmsiz olduğunu, ötən 30 ildə erməni düşmənçiliyində heç bir dəyişiklik olmadığını göstərdi. Ermənistan 1990-cı illərdə Azərbaycan genefonduna, dinc vətəndaşlarına qarşı etdiyi hərəkəti 30 il sonra 2020-ci ildə təkrarlamaqla azğın olduğunu göstərdi. Bu mənada Gəncə və Bərdə bombardmanları, 44 gün ərzində 16 min raket və mərminin atıldığı Tərtər rayonunun aqibəti 44 günlük müharibənin unudulmaz acı səhifələridir. Düşmən dəyişməyib, sadəcə məğlub olub, gücsüzdür.

Kənan Rövşənoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR