İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədəki hadisədə ölənlərin sayı artdı

1572 12.12.2022 10:16 Kriminal A A

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR