İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə süni göldə suyun səviyyəsi artdı - FHN hərəkətə keçdi FOTO

545 28.05.2023 23:25 Hadisə A A

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR