İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə marketə basqının görüntüləri - ANBAAN VİDEO

1952 06.03.2023 14:21 Hadisə A A

Gəncədə marketə basqının görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupu tərəfindən yayılan videoda 1 nəfər maskalı şəxsin qanunsuz olaraq daxil olması, gözətçiyə küt alətlə xəsarət yetirməsi və oradan içində külli miqdarda pul olan dəmir seyfi aparması aydın görünür. 

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib və dəmir seyfi marketin yaxınlığındakı tikintidə qəsdən gizlətdiyini bildirib.

Həmin görüntüləri təqdim edirik:

***

Gəncədə marketlərin birində quldurluq edən şəxs tutulub.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Rəsmi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Nicat Abdullayev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, N.Abdullayev mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib, onun əl və ayaqlarını yapışqan lentlə bağlayaraq mağazadan içində 157 151 manat, 6 040 dollar və 18 100 rubl olan seyfi aparıb. Polis əməkdaşları tərəfindən seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR