İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə 12 kq heroin qanunsuz dövriyyədən çıxarılıb

835 13.09.2022 12:04 Kriminal A A

Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Musavat.com-a verilən xəbərə görə, baş idarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. Baş İdarədə saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan heroin aşkar edilib.

Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR