İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə terrorunda zərərçəkmiş mülki əhaliyə ödənən təzminat açıqlandı

1021 11.10.2022 13:39 Sosial A A

"Gəncə terrorunda zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əyşalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib".

Musavat.com xəbər verir ki, bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

"Gəncə şəhəri üzrə 113 dağılmış və ya qəzalı, 522 təmir və ya bərpa olunmalı evə, 73 nəqliyyat vasitəsinə, eləcə də 1 fermer təsərrüfatına baxış keçirilib, ümumilikdə 669 nəfər əmlak üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Həmçinin müəyyən edilib ki, əmlakına zərər dəymiş şəxslərə Azərbaycan Prezidentinin 14.12.2020-ci il tarixli 2343 nömrəli Sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə 4 959 000 manat kompensasiya ödənilib", - İ.Səfərov əlavə edib. 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR