İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gəmilər Ümid burnundan dolanır, yol 6 min km uzanır” – Borrel

635 02.02.2024 14:51 Dünya A A

Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrel Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlarla əlaqədar olaraq, Ukraynadakı münaqişəni Aİ üçün əhəmiyyətinə görə ikinci yerə “sürüşdürdü” və Yaxın Şərqdəki münaqişəni əsas qarşıdurma adlandırdı.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Borrel Rusiyanın Ukraynada dapardığı müharibənin Avropada əməkdaşlığı və kollektiv fəaliyyəti zəruri etdiyini vurğulayıb: “Bu müharibənin nəticələri Avropadan çox-çox uzaqlarda hiss olunur. Ancaq bu gün ən qaynar, ən təhlükəli nöqtə Yaxın Şərq və orada baş verənlərdir. Yaxın Şərqdəki partlayıcı mənzərə qlobal sabitliyə və rifaha kölgə salır. Bu, Yerin dərisindəki açıq çapıqdır”, - deyə o bildirib.

Borrel Qırmızı dənizdə baş verənlərdən xüsusi narahatlığını ifadə edib və deyib ki, Qırmızı dənizdə yaranmış vəziyyət üzündən dünyanın aparıcı gəmiçilik şirkətləri gəmilərinin istiqamətini Ümid burnu ətrafına dəyişdirir, nəticədə Avropa və Asiya arasında ticarət yolları 10 gün və demək olar ki, 6 min kilometr uzanır. "Bu, bizim biznes modelimiz, təchizat təhlükəsizliyi və naviqasiya azadlığı üçün böyük problemdir",- Borrel deyib.

O xatırladıb ki, Avropa İttifaqı fevralın 19-da Qırmızı dənizdə özünün “Aspides” adlı hərbi dəniz əməliyyatına başlamaq niyyətindədir, bu əməliyyat “yalnız müdafiə xarakterli olacaq, dəniz gəmilərini qorumaq məqsədi daşıyacaq və heç bir quru hücumunu nəzərdə tutmayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR