İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gəmidə partlayış baş verdi..."- Oman sahillərində beynəlxalq gəmiçiliyə ağır zərbə!

274 17.07.2026 13:49 Dünya A A

Oman sahillərində beynəlxalq sularda hərəkət edən yük tankerinə qəfil hücum təşkil edilib.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə dəniz nəqliyyat vasitəsinin hədəf alındığı barədə təcili məlumat yayıb.

Verilən rəsmi məlumata görə, tanker naməlum mərmi ilə vurulub və zərbə nəticəsində gəminin sol bortuna yüngül ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb; bütün heyət üzvlərinin təhlükəsizlikdə olduğu və ətraf mühitə hər hansı zərərli maddənin sızmadığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR