İnsanlara hürriyət, millətlərə istiqlal!

50 ildən çoxdur yanan "Cəhənnəm qapısı" sönməyə başladı

2296 17.07.2026 13:00 Dünya A A

Türkmənistanın Qaraqum səhrasında yerləşən və "Cəhənnəm qapısı" kimi tanınan Darvaza qaz kraterində alovların xeyli zəiflədiyi açıqlanıb. Yarım əsrdən artıq fasiləsiz yanan nəhəng kraterdə ilk dəfə sönmə əlamətlərinin müşahidə olunduğu bildirilir.

Musavat.com xəbər verir ki, təxminən 60-70 metr diametrə malik olan Darvaza qaz krateri dünyanın ən qeyri-adi turizm məkanlarından biri hesab olunur. Gecə saatlarında yüksələn alovlar səbəbindən "Cəhənnəm qapısı" adlandırılan krater hər il minlərlə turistin diqqətini cəlb edir.

Mütəxəssislərin məlumatına görə, krater 1970-ci illərin əvvəllərində sovet geoloqlarının təbii qaz axtarışları zamanı yerin çökməsi nəticəsində yaranıb. Ətrafa yayılan zəhərli metan qazının qarşısını almaq üçün çuxur qəsdən alovlandırılıb və onun bir neçə həftə ərzində sönəcəyi gözlənilib.

Lakin yeraltındakı zəngin qaz ehtiyatları səbəbindən alovlar onilliklər ərzində fasiləsiz yanmağa davam edib.

Türkmənistan hökuməti son illərdə kraterin ətrafında yeni təbii qaz quyuları qazaraq yeraltı qazın nəzarətli şəkildə hasilinə başlayıb. Alimlərin fikrincə, bu işlər krateri qidalandıran qazın həcmini əhəmiyyətli dərəcədə azaldıb.

Peyk müşahidələrinə əsasən, son üç ildə kraterdən yayılan istilik 75 faizdən çox azalıb. Mütəxəssislər bildirirlər ki, kraterin nə vaxt tamamilə sönəcəyini dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, mövcud göstəricilər onun əvvəlki gücünü itirdiyini və gələcəkdə tam sönə biləcəyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR