İnsanlara hürriyət, millətlərə istiqlal!

Gədəbəydə evdə partlayış oldu: Xəsarət alan var

392 02.01.2023 19:53 Hadisə A A

Gədəbəydə evdə qaz sızması nəticəsində partlayış olub.

APA-nın məlumatına görə, hadisə rayonun Qumlu kəndində qeydə alınıb.

Kənd sakini 2007-ci il təvəllüdlü Rəvan Ələsgərov bədənin müxtəlif hissələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, R.Ələsgərov evdə qazı yandıran zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR