İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yuxudan oyanıb yemək yeyənlərə XƏBƏRDARLIQ

147 22.04.2020 15:16 Səhiyyə A A

“Mətbəximiz çox zəngindir. Bol yağlı,ədviyyatlı və ətli, hətta ətdən doymayan insanlar var. Gecə yuxudan oyanıb yemək yeyənlər var. Yeməkdən daha çox çörək yeyənlər və yanaşı olaraq gün ərzində sadəcə 1-2 stəkan su içənlər var. Bu sadalananların hər biri meteorizm, yəni həzmin tam olmaması ilə bağlı olan qazın əmələ gəlməsinə səbəb ola bilər”.

Bu sözləri Akad. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi nin cərrah qastroenteroloqu Ramin Qasımov deyib.

R. Qasımov bildirib ki, qidanın həzmi ağızda çeynənmə ilə başlayır: “Çeynənmiş qida udularaq mədəyə düşür, həzm fermentləri ilə qarışaraq kimyəvi mübadilə başlayır ki, bu da nazik bağırsaqda davam edir. Ən son həzm prosesi yoğun bağırsaqda tamamlanır və qalıq orqanizmdən xaric olunur.

Həzm prosesi zamanı az miqdarda qazın əmələ gəlməsi normaldır və yaranmış qaz mədə-bağırsaq sistemi tərəfindən kontrollu şəkildə orqanizmdən xaric olunur. Ancaq bəzən bu həddən çox olur və patoloji hal alır ki,pasiyent qazı xaric edə bilmədiyi üçün narahat olur,bu halda müalicə olunmaq gərəkir”.

Qazın əmələgəlmə səbəbləri:

• Bağırsaq florasının pozulması (disbiyozis)
• Həzm prosesinə bağlı hissiyyatın olmaması (nəcis və qaz xaric etmə aktı)
• Həzm fermentlərinin çatışmazlığı (öd kisəsi əməliyyatı sonrası,disbiyozla əlaqədar olaraq əmələ gələn pankreas fermentlərinin çatışmazlığı)
• Bağırsaq göbələyinin (Candida) varlığı və s.
Bu səbəblərin yaranmasına zəmin yaradan hallar isə aşağıdakılardır:
• Sürətli şəkildə qida qəbulu • Uzun aclıqdan sonra bir dəfəyə çox miqdarda qidanın qəbulu • Rejimsiz qidalanmaq
• Birtərəfli qidalanma • Az su içmək • Yemək yeyərkən su içmək
• Rafinə olunmuş qidalar qəbul etmək • Axşam saatlarında çox yemək
• Tualet qaydalarının olmaması
• Lifli qidaların azlıq təşkil etdiyi qidalarla qidalanmaq

Bütün bunları nəzərə alaraq hələ də meteorizm problemləri varsa, mütəxəssis həkimə müraciət etmək məsləhətdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR