İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib

430 26.04.2024 00:03 Dünya A A

Fransızların yarıdan çoxu hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə dövlət başçısı seçildikdən sonra Avropa İttifaqında qərarların qəbulu prosesinə real təsir göstərməyib.

Bunu “Elabe” sosioloji xidmətinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Qeyd olunur ki, bu göstərici 2018-ci ilin (56%) yayında olduğu ilə demək olar ki, eynidir. Sorğunun nəticələrinə görə, 57% Fransa prezidentinin Aİ-nin kursunun müəyyənləşməsində söz sahibi olmadığını düşünür və respondentlərin yalnız 42%-i Makronun birləşmə siyasətinə təsir edə bildiyini hesab edir.

Bundan əlavə, sorğu göstərib ki, Fransa əhalisinin yalnız 25%-i Fransanın Aİ-yə üzvlüyünün faydalı olduğuna və zərərlərdən daha çox üstünlüklər gətirdiyinə inanır. Fransızların üçdə birindən çoxu (37%) əks mövqe tutur.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR