İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransız səfirdən jest: Gəncəyə getdi, terror qurbanlarını andı, bəs Şuşa...

524 20.05.2023 12:11 Gündəm A A

Rəsmi Paris “daşları yığmağa” başlayıb?

Xəbər verildiyi kimi, mayın 15-də Fransa səfiri Ann Buayon Gəncədə olub. Diplomat Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib.

“Yeni Müsavat” qeyd edir ki, ona törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Bu, fransalı səfirin ölkəmizin ikinci ən böyük şəhərinə ilk ziyarətidir. Amma Fransa səfirlərinin heç biri hələ də Şuşaya baş çəkməyib. Eləcə də ABŞ səfiri. Gəncə ziyarətini bunun bir anonsu saymaq olarmı? İki dövlətin səfirləri “şeytanın qıçını” nə vaxt sındıracaqlar?

Aydındır ki, Fransa Azərbaycan münasibətləri qaydaya salmaq üçün Ermənistana birtərəfli, ölkəmiz əleyhinə dəstəyini dəyişməli, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməlidir. Əfsus ki, bunu müşahidə etmirik. Əksinə, son vaxtlar rəsmi Parisin üstəlik, kapitulyant ölkəni ölümcül silahlarla silahlandırmaq planlarının olması haqda xəbərlər gəlməkdədir.

Bundan əlavə, Fransa Ermənistan səfirliyində hərbi attaşe yaratmağa hazırlaşır, bu ölkə aramsız şəkildə Azərbaycanı təcavüzkar olmaqda ittiham edir. ABŞ da ondan geri qalmır. İndiyə qədər nə Bakıya amerikalı səfir təyin olunub, nə səfirliyin nümayəndəsi işğaldan azad edilmiş Şuşaya gedib. Halbuki “yaş yuyub, quru sərdiyimiz” Rusiyanın səfiri artıq Qarabağa, Şuşaya səfərlər edib. Eləcə də Almaniya səfiri (Öncəki Fransa səfiri Zakari Qross yalnız Ağdamda olmuşdu - red.).

Bu ədalətsiz münasibətə son qoyulacaqmı? ABŞ və Fransa sülh sazişini gözləyir, yoxsa başqa səbəblər var? Fransız səfir ilk jesti etdi, Gəncədən sonra Şuşaya gedə bilərmi?

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a dedi ki, müxtəlif ölkələrin Azərbaycana münasibətini öyrənməliyik və ona uyğun siyasətimizi müəyyənləşdirməliyik. Partiya lideri hesab edir ki, indiyə qədər amerikalı və fransız səfirlərin Şuşaya səfər etməməsi onların Ermənistana olan münasibətindən irəli gəlir: “Bunu bildiyimiz üçün təəcüblənmirik, niyə getmədiklərini anlayırıq. Amma bu ədalətsiz yanaşmaya son qoymalıdırlar. Azərbaycan tərəfi də onlarla işləməlidir. Həmçinin ictimai basqı olmalıdır. Dünya şahiddir ki, biz haqlı davamızı sona qədər aparacağıq”.

E.Musayevin fikrincə, Fransa nə qədər ermənipərəst yanaşacaqsa, bir o qədər heç nəyə nail olmayacaq: “İndi ilk addım atılıb, ümid edək ki, Şuşaya da gedəcək. Burada ”Total" və digər iri fransız şirkətləri fəaliyyət göstərir. Onlar bunu da nəzərə almalıdırlar. Habelə Azərbaycanın xarici ölkələrdə səfirlikləri də işləməlidirlər, hər şeyi təkcə qarşı tərəfin üzərinə qoymaqla məsələ həll olunmur. Biz diplomatiyada addımlarımızı sürətləndirməliyik".

Özləri də, çağırışları da rədd olunmalıdır”-

AMİP sədri Arzuxan Əlizadə qəzetimizə dedi ki, fransız səfirinin Gəncəyə getməsi və terror qurbanlarını yad etməsi alqışlanmalı haldır. Onun fikrincə, səfirliklər bu səfərləri özlərinə mənəvi borc bilməlidirlər. “Çünki məsələ təkcə terror qurbanlarını yad etmək deyil, dünyada terroru pisləmək anlamı daşıyır. Təəssüf ki, akkreditasiya olan bu səfirlər Şuşaya getməyiblər, digər ölkələrin diplomatları gediblər. Bununla belə səfirin timsalında Gəncə səfərini Fransanın Azərbaycana münasibətinin qismən dəyişməsi kimi dəyərləndirilə bilər. Hərçənd Paris erməniləri dəstəkləyir, istənilən halda xoşməramlı addım kimi qiymətləndirməliyik. Ümid edirik ki, növbəti səfər Şuşaya olacaq və ədalətə, demokratik dəyərlərə üstünlük verdiklərini nümayiş etdirəcəklər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR