İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR

1023 20.12.2023 15:42 Dünya A A

Dekabrın 20-də Fransa parlamenti miqrasiya sahəsində bir sıra sərt məhdudiyyətlər tətbiq edən qanun layihəsini təsdiqləyib.

Musavat.com “The Guardian”a istinadən xəbər verir ki, yeni qanun fransız siyasətçiləri arasında parçalanmaya səbəb olub.

Belə ki, millətçi Marin Le Pen bunu ideoloji qələbə adlandırıb. Ölkənin səhiyyə naziri Orellan Russo buna etiraz olaraq dərhal istefa verib.

Fransanın baş naziri Elizabet Born yeni qanunu zəruri və faydalı adlandırıb. Daxili işlər naziri Gerald Darmanin isə qanunun fransızları qoruduğunu və immiqrantlara qarşı sərt tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.

Belə ki, qanun Fransadakı əcnəbilərin sosial müavinətlərə çıxış imkanlarının azaldılmasını, əcnəbi tələbələrin isə ölkədə qalmaq üçün daha sərt qaydaların olmasını nəzərdə tutur.

Eyni zamanda ölkədə miqrasiya kvotaları tətbiq olunacaq. Bu, yeni doğulan miqrant uşaqlarının Fransa vətəndaşlığı almasını çətinləşdirəcək. Bundan əlavə, ikili vətəndaşlığı olanalar bundan sonra Fransa pasportundan məhrum ediləcəklər. Bir sıra sosial dəstək tədbirləri almaq üçün əcnəbilər Fransada beş il (və ya əmək müqaviləsi olduqda ən azı 30 ay) yaşamalı olacaqlar.

Eyni zamanda, qanun işçi qüvvəsi çatışmazlığı olan sektorlarda qeydiyyatı olmadan işləyən əcnəbiləri leqallaşdırır. Bu, miqrantların tikinti, səhiyyə, sosial təminat, iaşə kimi sahələrdə işləməsini asanlaşdıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR