İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın xarici işlər naziri xəstəliyini ETİRAF etdi

2288 21.01.2024 13:17 Dünya A A

Fransanın xarici işlər naziri Stefan Sejurne disleksiyanın yaratdığı çətinliklərlə üzləşir.

O, bunu “Le Parisien” qəzetinə müsahibəsində etiraf edib.

“Gəncliyimdə mənə ağır disleksiya diaqnozu qoyulmuşdu. 15 il bundan əvvəl belə müsahibə vermək mənim üçün çətin olardı. Amma çoxlu zəhmət və məşq nəticəsində nitq qüsurlarından demək olar ki, tamamilə xilas olmuşam. Hərçənd, xəstəliyin əlamətləri yorğunluq və stress anlarında yenidən ortaya çıxır və onlara qalib gəlmək mənim üçün çətin olur”, - Sejurne bildirib.

O, bu xüsusiyyətin heç bir şəkildə öz işinin səmərəliliyinə, o cümlədən beynəlxalq danışıqlardakı mübadilələrə təsir göstərmədiyini vurğulayıb.

Qeyd edək ki, disleksiya tez-tez qiraət çətinliklərində özünü göstərən bir xəstəlikdir. Bu, insanın anadangəlmə xüsusiyyətidir. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR