İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın xarici işlər naziri: “Rusiyanı bir Ukrayna doyurmaz”

863 16.02.2024 16:43 Dünya A A

“Rusiyanın Ukraynada qələbəsinin qiyməti fransız cəmiyyəti üçün tamamilə qəbuledilməz bir haldır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Fransanın xarici işlər naziri Stefan Sejurnenin “Le Monde” qəzetində Ukraynanı dəstəkləməyə davam etməyin zəruriliyindən bəhs edən məqaləsində əks olunub.

Sejurne Ukraynanın kapitulyasiyasının mümkün nəticələrini sadalayıb: “Müharibənin Avropaya yayılması, Moskvanın iqtisadi təzyiqi və müharibənin ölkələr arasında “normal münasibətlər formasına” çevrilməsi”.

“Rusiya təkcə Ukrayna ilə doymayacaq. Moskvanın qələbəsi bizə nəinki sülh gətirməyəcək, həm də Putini korrupsiyalaşmış və çürümüş hesab etdiyi “kollektiv Qərb”lə mübarizə adı altında ekspansionist fantaziyasını həyata keçirməyə təşviq edəcək”, - deyə Sejurne qeyd edib.

“Təhlükə Avropa İttifaqı və NATO sərhədlərində dayanmayacaq. Çünki Şərqi Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımız artıq bunu yaşayıblar”, - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, Ukraynaya dəstəyin dayandırılması da inflyasiya və enerji böhranı ilə mübarizəyə kömək etməyəcək, çünki Rusiya Avropaya iqtisadi təzyiq göstərmək, eləcə də ərzaq təhlükəsizliyini pozmaq üçün görünməmiş vasitələrə malik olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR