İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın siyasi elitasında parçalanma: Solçular ölkənin NATO-dan çıxmasını istəyir

490 21.07.2024 14:45 Dünya A A

“Tabe olmayan Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melenşon Fransanın sistemli və mütəşəkkil şəkildə NATO-dan çıxmasının tərəfdarıdır.

“Report” xəbər verir ki, bu barədə siyasətçi İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, alyans müharibə məntiqini ehtiva edir.

“Mən tərksilah və sakitləşmə məntiqini seçirəm. Yelisey sarayında olsaydım, təbii ki, sistemli və mütəşəkkil şəkildə vahid hərbi komandanlıqdan, NATO-dan çıxardım. Xüsusən də müharibə vaxtı, bu söhbətlərə qarışmamaq üçün”, - Melenşon bildirib.

O əlavə edib ki, Aİ-nin Ukraynaya yardım üçün gördüyü tədbirlər yenə təsdiqlənərdi və Fransa bu ölkəyə yardımı dayandırmazdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR