İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın bu davranışı hüquq-azadlıqlarının kobud şəkildə pozulmasıdır”- Azər Badamov

509 13.03.2023 15:42 Siyasət A A

 

“Fransada 350 min korsikalının öz ana dilində  yazmağının və danışmasının qadağan olunması insan haqlarının və hüquq-azadlıqlarının kobud şəkildə pozulmasıdır”. 

Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd  edib ki, Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir və xırda xalqların yer üzündən silinməsi siyasətini davam etdirir: “Bu fakt həm də Fransada ayrı-seçkiliyin hökm sürməsinin davam etməsinin göstəricisidir: “Fransanın öz ərazisindəki kiçik xalqları boğduğu halda utanmadan Azərbaycanın ərazisində məskunlaşmış 30 minə yaxın erməninin müdafiəsinə qalxması ədalətsizliyin və ikili standartların göstəricisidir.  Ölkə başçımız beynəlxalq tədbirlərdə yeni dünya nizamının qurulmasının vacibliyini dəfələrlə  bəyan edib. 

Bu gün dünyada ədalətsizliyin hökm sürməsi nəticəsində dünya üçüncü dünya müharibəsi təhlükəsi  ilə qarşılaşıb. Belə təhlükələrin aradan qaldırılması üçün BMT TŞ-sı yenidən formalaşmalıdır. Dünya nizamında baş verən ədalətsizliklər Qoşulmama Hərəkatının sədri ölkəsinin, Afrikanın nümayəndəsinin və müsəlmanların təmsilçisinin BMT TŞ-da təmsil olunmasını vacib edir. Qoşulmama Hərəkatının sədri ölkəsi kimi Azərbaycan Fransa dövlətinin  korsikalılara qarşı ədalətsiz mövqeyini BMT səviyyəsində müzakirəyə  çıxarmalı olduğunu hesab edirəm. Fransa hökuməti əvvəlcə əsarəti altında saxladığı xalqların azadlıqlarını tanımalı, bundan sonra dünyada ədalətin bərpasından danışmalıdır. Əks halda Fransanın BMT TŞ-da fəaliyyətini davam etdirməyə haqqı yoxdur”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR