İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransadan Ukraynaya növbəti DƏSTƏK - YENİ HÜCUM

596 11.07.2023 18:07 Son xəbər A A

Fransa Ukrayna ordusunun əks-hücumunu dəstəkləmək üçün rəsmi Kiyevə uzaqmənzilli raketlər ötürmək qərarına gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüsdə keçirilən sammitində deyib.

Məlumata əsasən, bunlar uzaq məsafədə stasionar hədəfləri vura bilən SCALP hava-yer tipli idarəolunan raketlər olacaq. SCALP-ın rəsmi uçuş məsafəsi 250 kilometrdir, lakin modifikasiyadan asılı olaraq 500 və hətta 700 kilometrə çata bilər.

Bundan əvvəl Fransa Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək məqsədilə istifadə edəcəyindən ehtiyat etdiyi üçün həmin raketlərin tədarükündən imtina etmişdi.

2023-cü ilin may ayından etibarən Böyük Britaniya tərəfindən Ukraynaya “Storm Shadow” adlı eyni uzaqmənzilli raketlər təslim olunub. Ukrayna tərəfindən həmin raketlərdən ilk dəfə olaraq Luqanska - cəbhə xəttindən yüz kilometr aralıda zərbə endirmək üçün istifadə edilib.

Mayın sonunda Ukrayna Müdafiə Nazirliyi detalları dəqiqləşdirmədən “Storm Shadow”lardan istifadə olunduğunu təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR