İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada parlament seçkilərindən sonra ara qarışdı- Etiraz aksiyaları- VİDEO

1088 01.07.2024 09:57 Dünya A A

Fransada növbədənkənar parlament seçkilərinin birinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra  iğtişaşlar başlayıb.

Musavat.com Fransa mətbuatına istinadən xəbər verir ki, aparıcı solçu siyasətçilər mitinqlərə qatılıblar. Parisdə çıxan “Le Figaro” qəzetinin məlumatına görə, etirazçılar polisə fişənglər atıblar, buna cavab olaraq  polis gözyaşardıcı qaz və qumbaraatanlardan istifadə edib.  Nant, Dijon, Lill, Marsel və Lionda etiraz aksiyaları keçirilib.

İlk exit-poll nəticələrinə görə, Fransa prezidenti Emmanuel Makronun koalisiyası 21,5% səs toplayıb, Marin Le Penin Milli Ralli partiyasından (34,2%) və solçu Yeni Xalq Cəbhəsi koalisiyasından (29,1%) sonra üçüncü olub.

Partiyalardan heç biri mütləq səs çoxluğu əldə etməyib. Seçkilərin ikinci turu iyulun 7-nə təyin edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR