İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada etirazçılarla polis arasında toqquşmalar baş verib

214 07.04.2023 14:33 Son xəbər A A

Fransada pensiya islahatı əleyhinə etiraz nümayişləri və tətillər davam edir. Həmkarlar İttifaqları Konstitusiya Şurasının qərarından sonra yenidən davamlı nümayiş və tətillərə çağırış olunub.

AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqlarının məlumatına görə, 11-ci etiraz aksiyalarında iki milyon fransız iştirak edib. Təkcə Parisdə etirazçıların sayı 400 min nəfər olub.

Parisdə Prezident Emmanuel Makronun daim getdiyi “La Rotonde” restoranının yaxınlığında nümayişçilərlə polis arasında toqquşma baş verib. Digər şəhərlərdə də polis nümayişçilərə qarşı zorakılığa əl atıb.

Həmkarlar ittifaqları aprelin 13-də yeni tətil və nümayişlərə çağırış edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR