İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada etiraz aksiyaları- 291 nəfər həbs edildi-Növbəti mitinqlər bu ölkədə olacaq-VİDEO  

517 03.06.2023 18:50 Siyasət A A

 

Fransada pensiya islahatları və enerji qiymətlərinin bahalaşmasına etiraz olaraq aksiyalar keçirilir.

Musavat.com xəbər verir ki, aksiyaya minlərlə etirazçı qatılıb. Etirazçılarla polis arasındakı toqquşma zamanı 108 polis əməkdaşı yaralanıb. Onların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 291 nəfər aksiya iştirakçısı həbs edilib.

Mülki Aviasiya Baş İdarəsi bir çox uçuşların ləğv ediləcəyini bildirib. Pa­ris-Orli hava limanında iyunun 6-na nəzərdə tutulan hər üç uçuşdan biri ləğv edilib.

Fransada 8 həmkarlar ittifaqı və 5 gənclər təşkilatı iyunun 6-da ölkədə ümumi etiraz nümayişinə çağırış edib. Yeni ümumi etiraz nümayişi Liot qrupu­nun təqdim etdiyi və hökumətin və pre­zident çoxluğunun konstitusiyaya zidd hesab etdiyi islahatın ləğvini nəzərdə tutan qanun layihəsinin parlamentdə baxılmasından iki gün əvvəl keçirilə­cək.

Ekspertlər hesab edirlər ki, izdihamlı aksiyalar Polşada da keçirilə bilər. Polşanın 4 iyunda çalxalanacağı gözlənilir.

Çünki Polşanın keçmiş baş naziri və hazırkı müxalifət lideri Donald Donald Tusk  insanları etiraz aksiyası keçirməyə dəvət edib.

Məlumdur ki, onun Polşada tərəfdarları çoxdur və bu baxımdan izdihamlı mitinqlərin olacağı proqnozlaşdırılır.

Fransadakı aksiyadan görüntüləri təqdim edirik:

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR