İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada biabırçılıq: Təcili yardımda 10 saat gözlədilən yaşlı xəstə VƏFAT ETDİ

452 15.02.2024 23:12 Dünya A A

Fransanın şimalındakı Val d'Oise departamentinin sakini vaxtında həkim müayinəsini ala bilmədiyinə görə təcili yardım otağında dünyasını dəyişib.

Musavat.com BFMTV-yə istinadən xəbər verir ki, xəstə Eaubonne şəhərindəki Simone Weil xəstəxanasına qarnında ağrılar olması şikayəti ilə gəlib.

Onun ayaqları şişibmiş. On saatdan çox gözləmə zalında gözləyən xəstəyə bu müddət ərzində yalnız sadə ağrıkəsici verilib. Xəstə bütün gecəni gözləmə zalında oturub və vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Yalnız bundan sonra o, nəhayət, terapiya şöbəsinə yerləşdirilib, lakin yarım saat sonra vəfat edib.

66 yaşlı mərhumun qızı şikayət edərək bildirib ki, xəstəxana işçiləri öz hərəkətsizliklərini simptomlara baxmayaraq, xəstənin "xəstəliyin ciddiliyinə dair heç bir əlamət göstərmədiyi" ilə izah ediblər.

Xəstəxana rəhbərliyi isə yaydığı açıqlamada "tibb işçilərinin həddindən artıq yüklənməsinə" işarə edərək, hadisənin araşdırıldığını qeyd edib.

Telekanalın məlumatına görə, bu xəstəxanadan şikayət ilk dəfə deyil. Belə ki, 2023-cü ilin dekabrında əlli yaşlı fransız həkimə müraciət etməzdən əvvəl 44 saat gözləmə otağında gözlədilib. Bundan sonra xəstə prokurorluğa müraciət edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR